Gömrükdə heroin və metadon aşkar edilib
Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində 1 bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qram təşkil edən narkotik vasitə - heroin və 1 bükümdə, üzərində "F/M40" nişanəsi olan 100 ədəd metadon həbləri aşkarlanıb.
Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi 3 bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qram olan heroin aşkar edilib.
Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram təşkil edib.
Onu da xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DGK