23 rayonda gənclər üçün təlim keçirilib

23 rayonda gənclər üçün təlim keçirilib
  09 Dekabr 2019    Oxunub:1596
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və bu məqsədlə onlara müasir iş axtarışı bacarıqlarının aşılanması üçün təlimləri davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, xidmət ötən həftə 23 rayonda bu istiqamətdə təlimlər təşkil edib.

Təlimlərə 400-ə yaxın gənc cəlb olunub. Onlara karyera planlaması, komandanın qurulması, öz işgüzar keyfiyyətlərini, peşə və ixtisas bacarıqlarını işəgötürənə düzgün təqdimat etmək, müsahibəyə hazırlıq, CV, rezume yazılması, işə daxil olmaq üçün müsahibə mərhələsindən keçmək və digər sahələr üzrə nəzəri və praktik biliklər öyrədilib.

İlin sonuna kimi davam edəcək təlimlər respublikamızın bütün şəhər və rayonlarını əhatə edəcək.


Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti