Azərbaycanla Latviya arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Latviya arasında hərbi əməkdaşlıq müzakirə olunub
  13 Dekabr 2019    Oxunub:2051
Latviyaya rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş zamanı tərəflər hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi apardılar.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.

Tərəflər iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı məsələsini müzakirə etdilər.

Görüş zamanı, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı və səfər mübadiləsinin reallaşdırılması müzakirə edildi.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Latviyanın İşğal Muzeyinə baş çəkib və muzeydəki material və eksponatlarla tanış olub.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti