Ən çox ölümə səbəb olan xəstəliklər və əsas səbəbləri
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.
H.Harmancı bildirib ki, qeyri-infeksion xəstəliklərin qarşısını almaq və onları nəzarətdə saxlamaq üçün Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, kütləvi informasiya vasitələri, yerli qeyri-hökumət təşkilatları və digər tərəfdaşları birgə əməkdaşlığa cəlb etməklə hərtərəfli yanaşma lazımdır.
"Azərbaycanda qeyri-infeksion xəstəliklərin üstünlük təşkil edən risk faktorlarına qarşı səmərəli mübarizə üçün mövcud qeyri-infeksion xəstəliklər siyasətləri və strategiyaları qəbul edilməli və yerli standartlara uyğunlaşdırılmalıdır. Uyğunlaşdırma aparılarkən tütündən istifadə, sağlam qidalanma, fiziki hərəkətlilik, hipertoniya və diabetin qarşısının alınmasına və nəzarətdə saxlanmasına xüsusi diqqət yetirilməlidir”.
Aytən Zəhra
Azvision.az