Süleymaninin yerinə müavini təyin edildi

  03 Yanvar 2020    Oxunub : 1897
 Süleymaninin yerinə müavini təyin edildi
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin yerinə onun müavini, briqada generalı İsmayıl Kaani təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə sərəncamı İranın ali dini lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Azvision.az


Teqlər: