Avtomobil qaçıran şəxs saxlanıldı

  04 Yanvar 2020    Oxunub : 1209
Avtomobil qaçıran şəxs saxlanıldı
Paytaxtda avtomobil qaçıran şəxs tutulub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 25-də Bakı şəhər sakini T.Müslümzadəyə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Paşazadə saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Avtomobil