Hava limanı istiqamətində sürət həddi endirilib

  04 Yanvar 2020    Oxunub : 1029
 Hava limanı istiqamətində sürət həddi endirilib
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Azvision.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

Azvision.az

Teqlər: BNA   Yol