Çində Azərbaycan dilini öyrənən tələbələrlə görüş - FOTOLAR

  11 Yanvar 2020    Oxunub : 1895
Çində Azərbaycan dilini öyrənən tələbələrlə görüş - FOTOLAR
Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Pekin Xarici Dillər Universitetini ziyarət edib.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı universitetin rektoru Yang Dan Azərbaycanın Çin üçün əhəmiyyətli ölkə olduğunu qeyd edərək, universitetdə fəaliyyət göstərən Azərbaycan dili kafedrası və ümumilikdə Azərbaycan dilinin tədrisi ilə bağlı məlumat verib.

Daha sonra nümayəndə heyəti Azərbaycan dili kafedrası ilə yaxından tanış olub, universitetdə Azərbaycan dilini öyrənən çinli tələbələrə BMTM haqqında ətraflı məlumat verib və onların mərkəzin təqaüd və təcrübə proqramlarına cəlb edilməsi imkanlarını müzakirə edib.

Sonda Fərid Şəfiyev tələbələr qarşısında Azərbaycanın keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlərə dair təqdimatla çıxış edib.






Azvision.az

Teqlər: BMTM   Çin   Tələbə