Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır

  13 Yanvar 2020    Oxunub : 2556
 Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır
Yanvarın 17-dən etibarən deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Belə ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Seçki   Təbliğat   Namizəd