Cəsədlərin İrandan gətirilməsi bir neçə ay çəkə bilər - Baş Nazir
"Bu, qurbanların ailələrinin məndən soruşduğu ən vacib suallardan biridir. Onların əksəriyyəti üçün bu, dini məsələlərlə əlaqədardır - qohumlarını mümkün qədər tez dəfn etmək. Təəssüf ki, belə vəziyyətlərdə həftələr və hətta aylar haqqında danışa bilərik", - deyə Baş Nazir əlavə edib.
Trudeau bir qrup Kanada diplomatının artıq İran vizalarını aldığını və ölən 57 kanadalının yaxınlarına konsulluq xidmətləri göstərmək üçün Tehrana getdiyini vurğulayıb.
Xatırladaq ki, Tehrandan Ukraynaya uçan təyyarə İran silahlı qüvvələri tərəfidən səhvən vurulub. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı ölüb. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 İran, 63 Kanada, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya və 3 Böyük Britaniya vətəndaşı olub.
Pərvanə Sultanova
Azvision.az