Prezidentin köməkçisi NATO-nun Mənzil Qərargahında - FOTO

   Prezidentin köməkçisi NATO-nun Mənzil Qərargahında -    FOTO
  21 Yanvar 2020    Oxunub:3950
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev 20 yanvar 2020-ci il tarixində NATO Mənzil Qərargahına səfər edib.
Azvision.az xəbər verir ki, səfər zamanı H.Hacıyev NATO-nun Baş katibinin müavini Mirça Coana ilə görüşüb və müttəfiq dövlətlərlə 29 +1 formatında iclasda iştirak edib. Keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat verib.



NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahtlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndiriblər.

20 Yanvar faciəsinin 30-cu ildönümündə keçirilən bu iclas və görüşlər zamanı Hikmət Hacıyev Azərbagcan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat verib. NATO rəsmiləri və üzv dövlətlər bu faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin ruhuna ehtiramını ifadə ediblər.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   NATO  





Xəbər lenti