“Hay-küy salanlar vaxtlarını boş yerə sərf etməsinlər” - MSK sədri

“Hay-küy salanlar vaxtlarını boş yerə sərf etməsinlər” -  MSK sədri
  30 Yanvar 2020    Oxunub:2362
Müəyyən qrup insanlar var ki, sensasiya xarakterli məlumatlarla yaşayır və bunu özü üçün həyat tərzi hesab edir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahovun sözlərinə görə, bəzi insanlar düşünür ki, hay-küy salmaqla bizi nəyəsə məcbur edə bilərlər: “Hər bir məsələ qanun çərçivəsində öz həllini tapacaq. Hay-küy salan insanlar vaxtlarını boş yerə sərf etməsinlər”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti