Prezident İlham Əliyev İrana səfər edəcək

  10 Fevral 2020    Oxunub : 2023
 Prezident İlham Əliyev İrana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev İrana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

"Böyük sevinc hissi ilə diqqətinizə çatdırıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcəkdir", - deyə səfir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Səfər   İran