Naxçıvanda qanunsuz yaşayan 35 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan 35 əcnəbi aşkarlanıb
  18 Fevral 2020    Oxunub:2250
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər yanvar ayında da davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 35 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Keçən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 591 müraciət daxil olub. Həmin müraciətlərdən 98-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 493 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 220-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib, maarifləndirmə tədbirləri aparılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Miqrant  





Xəbər lenti