MSK Bəxtiyar Hacıyevin şikayətinə baxdı - Qərar verildi

 MSK Bəxtiyar Hacıyevin şikayətinə baxdı -   Qərar verildi
  18 Fevral 2020    Oxunub:3921
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən qeydə alınmış namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.
Azvision.az xəbər verir ki şikayət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi həmin dairənin nəticələrinin ləğv olunmasını tələb edib: "Deputatlığa namizədliyi qeydə alınan Bəxtiyar Hacıyevin şikayətində 22 seçki məntəqəsinin nəticələrinin ləğvi tələb olunur. Şikayət ətraflı şəkildə araşdırılıb. Bəlli olub ki, ləğvi tələb olunan məntəqələrin əksəriyyətində iddia olunan pozuntular seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verir. Ancaq 1, 5, 9, 11, 17 və 25 saylı məntəqələrdə pozuntuların olduğunu nəzərə alaraq nəticələri ləğv olunsun və şikayətçinin müraciəti qismən təmin olunsun".

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti