Müdafiə Nazirliyindən koronavirusla mübarizəyə dəstək

Müdafiə Nazirliyindən koronavirusla mübarizəyə dəstək
  23 Mart 2020    Oxunub:1921
Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının yarısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Azvision.az




Teqlər: Müdafiə-Nazirliyi   Koronavirus   Fond  





Xəbər lenti