Parlamentlərarası İttifaqdakı nümayəndə heyəti məlum oldu
Bildirilib ki, nümayəndə heyətlərinin Milli Məclisin üzv olduğu beynəlxalq qurumlarda fəaliyyəti Parlament rəhbərliyinin daim diqqət mərkəzindədir.
Qeyd edilib ki, Milli Məclisin Parlamentlərarası İttifaqındakı nümayəndə heyətinin tərkibi müəyyənləşib. Qurumda nümayəndə heyətimizə Milli Məclis Sədrinin müavini Adil Əliyev rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elnur Allahverdiyev, Şahin İsmayılov, Tural Gəncəliyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Kamran Bayramov, Zahid Oruc və Məzahir Əfəndiyev daxildirlər.
Azvision.az
Teqlər: Milli-Məclis