Metroda tibbi maska taxmaq tələb olunacaq

Metroda tibbi maska taxmaq tələb olunacaq
  02 May 2020    Oxunub:5472
Bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COIİD-19) profilaktikasına dair metodiki göstərişlərdə qeyd olunub.

Bildirilib ki, məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

Azvision.az


Teqlər: Tibbi-Maska  





Xəbər lenti