“Xəstələr çoxalsa, kimin ölüb, kimin yaşayacağına qərar veriləcək” - TƏBİB

  “Xəstələr çoxalsa, kimin ölüb, kimin yaşayacağına qərar veriləcək” -    TƏBİB
  08 May 2020    Oxunub:15552
"Xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, biz kimin yaşayacağı, kimin öləcəyi qərarını vermək məcburiyyətində qalacağıq"

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) Müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, son 1 həftədə xəstə sayı və xəstəliyin ağırlıq dərəcəsi artıb.

"Əvvəl şöbələrdə xəstələrin böyük qisminin müalicəsi ilə məşğul olurduq, amma indi xəstələrin müalicəsini daha ağır intensiv terapiya şöbələrində aparmaq məcburiyyətindəyik. Artım davam etsə, rəqəmlər həndəsi silsilə ilə qalxacaq və bundan qaçmaq çətin olacaq. Bir daha insanlara səsləndirəm ki, sosial məsafəni gözləsin və gigiyena qaydalarına əmək etsinlər".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti