Jurnalistlər də sərt karantində icazə almalıdır

 Jurnalistlər də sərt karantində icazə almalıdır
  21 İyun 2020    Oxunub:4561
Xəbər verdiyimiz kimi, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq edilir.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Qərarla xüsusi karantin rejimində Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, KİV nümayəndələri fəaliyyətinə icazə verilən digər sahələr kimi icazə.e-gov.az portalında qeydiyyatdan keçməlidir.

Azvision.az


Teqlər: KİV   Karantin   İcazə  





Xəbər lenti