Dünyada koronavirusa yoluxma sayı 10 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxma sayı 10 milyona yaxınlaşır
  27 İyun 2020    Oxunub:3330
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 9 milyon 910 min 135 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 497 mini keçib.

İndiyədək 5 milyon 360 min 855 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 213 ölkədə qeydə alınıb. Son günlər dünyanın bir çox ölkələrində virusa yoluxma sayında yenidən artım müşahidə edilir.

Azvision.az


Teqlər: Dünya   Koronavirus   Statistika  





Xəbər lenti