“Kapital Bank” biznesə başlamaq üçün 30 nəfərə dəstək göstərib

“Kapital Bank” biznesə başlamaq üçün 30 nəfərə dəstək göstərib
  07 İyul 2020    Oxunub:2234
“Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir. Bu ilin əvvəlində bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi istiqamətində əməkdaşlıq memorandumuna qoşulub.
Layihə çərçivəsində bu dəfə Bakının Nərimanov, Xəzər, Suraxanı, Xətai, Nəsimi, Sabunçu və Qaradağ rayonları, həmçinin Abşeron, Gəncə, Qubadlı, Şirvan, Balakən, Zaqatala, Qəbələ, Ağdaş, Yevlax və Goranboydan ümumilikdə 30 işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.



Qeyd edək ki, cari ilin aprel ayında “Kapital Bank” ilk olaraq 15 nəfərə biznesə başlamaq üçün yardım edib ki, bununla da belə şəxslərin sayı 45-ə çatıb. Bu layihə Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.



Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Kapital-Bank  





Xəbər lenti