“Açılmalara gedəndə rəqəmlər arta bilər” - TƏBİB rəsmisi

  “Açılmalara gedəndə rəqəmlər arta bilər” -    TƏBİB rəsmisi
  15 Avqust 2020    Oxunub:4070
Vətəndaşlarımızı gündəlik yoluxma sayında kiçik artmalar narahat edir. Açılmalara getdikcə, rəqəmlərin artması normaldır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, iki həftədir ölkəmizə xaricdən gələn həkimlər çalışırlar.

"Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: yoluxma   artım  





Xəbər lenti