Hansı rayonlarda müəllim çatışmır? - SİYAHI

Hansı rayonlarda müəllim çatışmır? - SİYAHI
  24 Yanvar 2014    Oxunub:1563
Hazırda Cəlilabad, Lerik, Yardımlı, Quba rayonlarında daha çox müəllim çatışmazlığı müşahidə edilir.

AzVision.az-ın məlumatına görə, bu barədə məlumatı Təhsil Nazirliyi Movqe.az-ın müəllim çatışmazlığı ilə bağlı sorğusuna cavab olaraq bildirib.

Məlumatda deyilir: "Fənlərə gəldikdə isə, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə vakansiyalar üstünlük təşkil edir. Bu onunla bağlıdır ki, həmin fənlər üzrə dərs yükü bir stavkadan azdır və müəllimlər belə məktəblərdəki vakant yerləri həvəslə seçmirlər. Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüb. Belə ki, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilib, çalışmanın son yaş həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin olunub".

AzVision.az


Teqlər:  





Xəbər lenti