Suriyada daha bir azərbaycanlı öldürüldü - FOTO

Suriyada daha bir azərbaycanlı öldürüldü - FOTO
  24 Yanvar 2014    Oxunub:1020
Suriyada daha bir azərbaycan vətəndaşı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan “Əbu Sənan” ləqəbli azərbaycanlı mücahid bir neçə gün əvvəl Suriyanın hökumət qüvvələri tərəfindən öldürülüb. Onun soyadı adı açıqlanmasa da, adının Vüsal olduğu bildirilir. Vüsal Bakının Qaraçuxur qəsəbəsindəndir. Mücahidlər Vüsalın fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.


Teqlər:





Xəbər lenti