Qarabağda itkin düşənlərin sayı - 3765

Qarabağda itkin düşənlərin sayı - 3765
  24 Yanvar 2014    Oxunub:995
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyində qeydiyyatdan keçənlərin sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu gün Bakı üzrə keçirilən Komitə iclasında bildirilib ki, onların sayı 3765 nəfərdir.

Qeyd olunub ki, hazırda BQXK itkin düşmüş şəxslər barədə toplanan məlumatları mərhələlərlə müvafiq dövlət komissiyalarına təhvil verir. Növbəti addım isə həmin şəxslərin ailələrindən bioloji nümunələrin toplanması mərhələsidir.

O da qeyd olunub ki, hazırda Azərbaycanda bir erməni hərbçi əsir və 5 mülki şəxsdən ibarət bir erməni ailəsi var. Ermənistanda isə azərbaycanlı əsir yoxdur.

AzVision.az



Teqlər:  





Xəbər lenti