Sözü qılıncdan kəsərli xanım HAKİMLƏR
AzVision.az saytı sözü qılıncdan kəsərli olan qadın hakimlərlə bağlı kiçik araşdırma apararaq onlar haqda bilmədiyimiz məlumatları toplayıb . Başlayaq ilk olaraq Konstitusiya Məhkəməsindən...
Azərbaycanın xanım hakimlərini yaxından tanıyaq
Sabiq ədliyyə naziri, indi hakim
Sabiq ədliyyə naziri Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilib və 1979-cu ilə qədər həmin vəzifədə işləyib.
S.Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunub. 1990-cı ildə qiyabi olaraq Bakı Ali partiya məktəbini bitirib.
1995-1998-ci illərdə Ədliyyə Naziri vəzifəsini icra edib. 1998-ci il 10 yanvar tarixdə Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilib. 1998-ci ilin dekabr ayından Prezident yanında Məhkəmə-Hüquq Şurasının sədri olub. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan Dövlət komissiyasının və onun işçi qrupunun , hüquq islahat komissiyasının, əfv, təhsil, səhiyyə, korrupsiyaya qarşı mübarizə və digər dövlət komissiyalarının üzvü olub.
Prezidentin 2000-ci il 18 aprel tarixli fərmanı ilə AAli Məhkəmənin sədri təyin edilib. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılıb.
Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. Prezidentin Fərmanları ilə 1995-ci ildə III dərəcə, 1998-ci ildə isə II dərəcəli Dövlət ədliyyə
Prezidentin 5 fevral 2007-ci il tarixli sərəncamı ilə ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif edilib.
Konsitutsiya Məhkəməsinin 58 yaşlı hakimi
Sona Salmanova - 12 may 1956-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirib, 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçib. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olub. 1983-1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib.
14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Prezidentin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib.
Prezidentin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə «Əməkdar hüquqşünas» adı verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin xanım hakimləri kimlərdir?
Allahverdiya Ramella – 1950-ci ildə doğulub, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1972-1979-cu illərdə DQMV Məhkəməsində dəftərxana müdiri, 1979-1982-ci illərdə DQMV Məhkəməsin üzvü, 1982-1990-cı illərdə Şuşa Rayon Məhkəməsinin üzvü, 1990-2000 Ali Məhkəmənin üzvü, 2000-2007-ci illərdə Respublika Apellyasiya Məhkəməsinin hakimi, 2007-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi olub. 2011-ci ildən bugünə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyir.
Həsənzadə İradə - 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1980-1982-ci illərdə Ədliyyə Nazirliyi yanında Notariat və VVA İdarəsində məsləhətçi, 1982-1987-ci illərdə Ədliyyə Nazirliyi Hüquq təbliğatı və vətəndaşların hüquqi tərbiyəsi şöbəsinin məsləhətçisi, 1987-1989-cu illərdə Ədliyəə Nazirliyində Ali Məhkəmə və Prokurorluğun Sosialist qanunculuğu bülleteninin böyük redaktoru, 1989-1994-cü illərdə Ədliyyə Nazirliyi MOİ-də böyük məsləhətçi, 1994-1195-ci illərdə AR Prezidenti Aparatı Dövlət hüquq şöbəsinin böyük məsləhətçisi, 1995-1998-ci illərdə AR Prezidentinin İcra Aparatı bağışlama məsələləri sektorunun müdiri, 1998-2000-ci illərdə AR Prezidentinin İcra Aparatı Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri, 2000-2007-ci illərdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci llərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi olub.
2011-ci ildən bugünə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Məmmədova Şəkər – 1954-cü ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1980-1981-ci ildən Qubadlı Rayon Aqrar İstehsalat birliyində hüquq məsləhətçisi, 1982-1990-cı ildən Qubadlı Rayon Məhkəməsinin hakimi, 1990-2000-cı illərdə Füzuli Rayon Məhkəməsinin hakimi, 2000-2007-ci illərdə Saatlı Rayon Məhkəməsinn hakimi, 2007-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi olub. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Nəsrullayeva Tamilla- 1953-cü ildə doğulub, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1987-2000-ci illərdə Bakı Şəhər Kirov (indi Binəqədi) Rayon Məhkəməsinin sədri, 2000-2007-ci illərdə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin sədri, 2007-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi olub. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Bakı Apellyasiya Məhkəməsinin xanım hakimləri
Abdullayeva Aygün – 1967-ci ildə anadan olub, 1997-ci ildə Bakı Dövlət Universitetnin hüquq fakültəsini bitirib. 2000-2007-ci illərdə Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi, 2007-2008-ci illərdə Nəsimi rayon məhkəməsinin hakimi, 2008-ci ildən bugünədək isə Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir. Ailəlidir, 2 övladı var.
Bağırova Mədinə - 1960-cı ildə doğulub, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2000-2007-ci illərdə Bakı şəhəri Binəqədi rayon məhkəməsində hakim, 2007-2008-də Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsinin hakimi olub. 20008-ci ildən indiyədək Bakı Apellyasiya Məhkəməsinin hakimidir. Ailəlidir, bir övladı var.
Məhərrəmova Xuraman - 1954-cü ildə doğulub, 1981-ci ildə Azərbaycan Dövlət Universtetinin hüquq fakültəsini bitirib, 1974-1982-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsində məhkəmə iclas kaibi, 1982-1985-ci illərdə illərdə Azərbaycan SSR Ali Məhkəməsində dəftərxananın ekspediya müdiri, 1985-1998-ci illərdə Ali Məhkəmədə Plenum və Prezidium katibliyinin baş məsləhətçisi, 1989-2000-ci illərdə Ali Məhkəmədə Ali Məhkəmədə Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və qanunvericiliyin təbliğatı şöbəsinin rəisi, 2000-2007-ci illərdə Bakı Şəhəri Qaradağ Məhkəməsində, 2007-2010-cu illərdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim işləyib. 2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Səfiyeva Cəmilə - 1960-cı ildə anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2000-2007-ci illərdə Sumqayıt şəhər məhkəməsində, 2007-2008-ci illərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində hakim işləyib. 2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir. Ailəlidir, 2 övladı var.
Azərbaycanın ən gənc hakimi
Abiyeva Kəmalə - 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə magistratura pilləsini bitirib. 200-2006-cı ildə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006-2008-ci ildə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi, 2008-2011-ci illərdə Ali Məhkəmədə hakim köməkçisi, 2011-2013-cü illərdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildən indiyədək Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir.
Nağıyeva Elmira – 1962-ci ildə adan olub, 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1989-1992-ci ildə Dövlət Arbitrajında böyük məsləhətçi, baş məsləhətçi, 1992-1993-cü ildə Məhkəmə təcrübəsinin ümumiləşdirilməi şöbəsində baş mütəxəssis, 1993-2000-ci illərdə Ali Arbitraj Məhkəməsində hakim, 2000-2007-ci illərdə Respublika İqtiadi Məhkəməsinin hakimi, 2007-ci ildən bu günə qədər isə Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir.
Seyidova Səriyyə - 1950-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1978-1990-cı illərə Azərbaycan SSR Ədliyyə Nazirliyi nəzdində ETMEİ-də elmi işçi, ekspert, baş ekspert, 1990-1193-cü illərdə Respublika Vəkillət Kollegiyasının üzvü, 6 saylı Hüquq Məsləhətxanasında vəkil, 1993-2000-ci illərdə Respublika İqtisadi Məhkəməsi Plenum katibliyinin müdiri, 2000-2007-ci illərdə Respublika İqtisad Məhkəməsinin hakimi olub. 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Vəliyeva Elşanə - 1975-ci ildə anadan olub, 1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1992-1993-cü illərdə Ali Arbitraj Məhkəməsində 2-ci dərəcəli mütəxəssis, 1993-1998-ci illətdə Arbitraj Məhkəməsində Arbitraj təcrübəsinin ümumiləşdirilməsi və təlimatlandırılması şöbəsində məsləhətçi, 1998-2000-ci illərdə Respublika İqtisadi Məhkəməsində təcrübəsinin ümumiləşdirilməsi və təlimatlandırılması şöbəsində baş mütəxəssis, 2000-2007-ci illərdə Respublika İqtisad Məhkəməsində məsləhətçi – iclas katibi, 2007-2010-cu illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim işləyib. 2010-cu ildən indiyə qədər Bakı Apellyasiya Məhkəmədində hakim işləyir.
Makinaçı-katibəlikdən hakimliyə..
Bağırova Mədinə - 1960-cı ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət Universtetinin hüquq fakültəsini bitirib, 1985-ci ildə Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda iş icraçısı, 1985-1986-cı illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Notariat və VVA İdarəsində makinaçı–katibə, 1986-1987-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi Xalq təsərrüfatında hüquqi iş və vəkillik idarəsində məsləhətçi, 1987-ci ildə Bakı şəhəri 26 Bakı komissarı SSRİ (indi Səbael) Rayon Məhkəməsində stajçı, 1987-1988-ci illər arasında Azərbaycan SSR Ədliyyə Nazirliyinin Birinci şöbəsində məsləhətçi, 1988-1990-da Bakı Şəhər Məhkəməsinin Nəzarət şöbəsində məsləhətçi, 1990-2000-ci illərdə Bakı Şəhər Məhkəməsinin Nəzarət şöbəsində baş məsləhətçi, 2000-2007-ci illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2007-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub. 2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.
Sevinc İltifatqızı