YAP Rəsulzadə ilə bağlı tədbir keçirməyəcək

YAP Rəsulzadə ilə bağlı tədbir keçirməyəcək
  24 Yanvar 2014    Oxunub:928
Yeni Azərbaycan Partiyası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı xüsusi tədbir keçirməyəcək.
Bu barədə AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib:

“Rəsulzadənin 130 illik yubileyi ilə bağlı dövlət proqramı var. O proqrama uyğun prezidentin sərəncamında hansı istiqamətlər göstərilibsə, aidiyyatı qurumlar tədbir hazırlayıb keçirəcək. Burada söhbət ayrı-ayrı partiyalardan, ya da ictimai təşkilatlardan getmir. Dövlət bu işi sərəncamla həyata keçirir. Bu sərəncam da hansı strukturlara aiddirsə, onlar da həyata keçirəcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti