Qarabağ müharibəsi başlaya bilərmi? – Ekspert danışır

Qarabağ müharibəsi başlaya bilərmi? – Ekspert danışır
  24 Yanvar 2014    Oxunub:1436
“Cəbhədə ermənilərin pul hesabına gətirdiyi muzdlulardır ki, onların arasında ruslar, livan erməniləri və suriya erməniləri Azərbaycana qarşı vuruşurlar”.
Bunu AzVision.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ehtiyatda olan hərbiçi vurğulayıb ki, rəsmi qurumlar Ermənistan Ordusunda muzdlu hərbçilərin olmasından xəbərdardılar. Ekspertin fikrincə, Müdafiə Nazirliyin yaydığı məlumatda göstərdiyi kimi düşmən Azərbaycan tərəfinə hücuma keçərkən qeyri-erməni dilində verilən komandalar qarşı tərəfdə başqa millətlərin olduğundan xəbər verir:

“Təqribi hesab edirəm ki, ermənilərin pul hesabına gətirdiyi muzdlulardır ki, onların arasında ruslar, livan erməniləri və suriya erməniləri var. Onlar göstərilsə daha yaxşı olar. Amma başa düşürəm ki, onların göstərilməsi tərəflər arasında gərginlik yarada bilər. Buna baxmayaraq bizim ərazilərimizdə başqa ölkənin vətəndaşının olması həmin ölkələr üçün problemi məsələ ola bilər”.

Hərbi ekspert cəbhədə gərginliyin artmasının müharibə siqnalı kimi dəyərləndirilməsini də şərh edib. “Qətiyyən heç bir geniş miqayaslı hərbi əməliyyat olmayacaq. Buna görə narahat olmağa dəyməz. Ona görə ki, Emənistan o gücdə deyil ki, Azərbaycana qarşı dirəniş göstərsin. Onun arxasında dayanan Rusiyadır, Rusiyanın da başı bir neçə gün sonra Soçidə başlayacaq Qış Olimpiya oyunlarına qarışıb. Rusiyanın dəstəyi olmadan Ermənistan heç bir hərəkət edə bilməz”.

Üzeyir Cəfərov Azərbaycan ordusunun bir neçə kəndi almağı ilə bağlı yayılan informasiyaları isə boş söhbət kimi qiymətləndirib:

“Bu məlumatları yayanlar Azərbaycanın düşmənləridir, onun ziyanına işləyən adamlardır. Ermənilər özləri dezinformasiya yayır ki, Ermənistanın Tavuş rayonunun 3 kəndi boşaldılır, Azərbaycan mediası da bu xəbəri tirajlayır.sonra da ermənilər dünyaya car çəkir ki, Azərbaycan o kəndlərə hücum edib”.

Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət yaranıb. Düşmən müxtəlif istiqamətlərdə mövqeyimizi atəşə tutması bölgədə yenidən müharibə ehtimalını gündəmə gətirib. Sosial şəbəkələrdə müzakirə mövzusunda çevrilən məsələdə bəzi ekspertlər müharibənin olma ehtimalının yüksək olduğunu proqnozlaşdırır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti