Məmmədyarovla Nalbandyan görüşünün nəticəsi

Məmmədyarovla Nalbandyan görüşünün nəticəsi
  25 Yanvar 2014    Oxunub:1114
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 23 - 24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xİn-i Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.


Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. XİN rəsmisi bildirib ki, danışıqlar zamanı Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu (substantiv), konkret və intensiv müzakirələr aparılıb.

Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.

Bir sıra substantiv məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunub.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir.


Teqlər:  





Xəbər lenti