Dövlət komitəsi 30 obyekti ifşa edib

Dövlət komitəsi 30 obyekti ifşa edib
  25 Yanvar 2014    Oxunub:1022
Ötən il dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə monitorinqlər keçirilib.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yoxlamalar nəticəsində 30-dan çox müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib.

Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədilə məhkəmələrə iddia ərizələri verilib. İcarə haqlarının yığılmasında şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən ödənişlərin həyata keçirilməsi davam etdirilib.

Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 6,5 milyon manatdan çox vəsait daxil olunub ki, bununla da 2013-cü ilin dövlət büdcəsi üzrə müəyyən edilmiş müvafiq tapşırıqlar 130 faizə yaxın yerinə yetirilib.


Teqlər:





Xəbər lenti