Ötən il 61 nəfər yanaraq ölüb - STATİSTİKA

Ötən il 61 nəfər yanaraq ölüb - STATİSTİKA
  25 Yanvar 2014    Oxunub:1186
2013-cü il ərzində respublika ərazisində 8883 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirlib ki, baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 75 nəfər həlak olub, 127 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 9 nəfər xilas edilib və 63 nəfər təxliyə olunub.

Nazirliyə 2013-cü il ərzində baş verən yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 8708 çıxış edilib. Onlardan çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 1963 çıxış; açıq sahələrdə yanğınlar – 4897 çıxış; nəqliyyat vasitələrində yanğınlar –378 çıxış; digər yanğınlar üzrə - 1470 çıxış təşkil etmişdir.

Baş verən yanğın hadisələri zamanı 61 nəfər həlak olub, 87 nəfər xəsarət alıb, bu da 2012-ci il ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 9%, xəsarət alanlar üzrə 1 nəfər və ya 1% çoxdur. 2013-cü il ərzində respublika ərazisində 29 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci il ilə müqayisədə 2 hadisə və ya 7% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.


Teqlər:  





Xəbər lenti