Bakıda gözətçini bıçaqlayıb, sonra yandırıblar

Bakıda gözətçini bıçaqlayıb, sonra yandırıblar
  25 Yanvar 2014    Oxunub:794
Daxili İşlər Nazirliyi Bakıda yanaraq ölən gözətçi ilə bağlı yeni məlumat yayıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumatda bildirilir ki, Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib.

Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mirvari Nəcəf





Teqlər:  





Xəbər lenti