Putin: “Belarusda seçkilər baş tutub”

  Putin:  “Belarusda seçkilər baş tutub”
  29 Avqust 2020    Oxunub:2914
Moskva Belarusda seçkilərin baş tutduğunu hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib.

"Biz seçkilərin baş tutduğunu hesab edirik”, - deyə Putin əlavə edib.

Xatırladaq ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədə kütləvi etirazlar başlayıb. MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1% -ni qazanaraq altıncı dəfə prezident seçilib.

Müxalifət namizədi Svetlana Tixanovskaya isə seçkilərdə qalib gəldiyini düşünür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Putin  





Xəbər lenti