Bu gün Aşuradır

   Bu gün Aşuradır
  30 Avqust 2020    Oxunub:3913
Bu gün Məhərrəm ayının 10-cu günü olan Aşuradır.
Azvision.az xəbər verir ki, Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.

Aksiya xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməklə, donorların sağlamlığı yoxlanıldıqdan sonra baş tutacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilib ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Qeyd edək ki, avqustun 21-dən başlayan Məhərrəm ayı oktyabrın 19-da başa çatacaq.

Azvision.az


Teqlər: Aşura  





Xəbər lenti