Binanın uçması ilə bağlı cinayət işi açılıb

Binanın uçması ilə bağlı cinayət işi açılıb
  26 Yanvar 2014    Oxunub:846
Beşmərtəbəli binanın uçması ilə bağlı cinayət işi açılıb.
Bakının Nərimanov rayonunda sökülməkdə olan beşmərtəbəli binanın uçması ilə bağlı cinayət işi açılıb. AzVision.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, faktla bağlı dərhal Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri ekspertizalar təyin olunub. İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər.


Teqlər:





Xəbər lenti