Bakıda 1235 küçəyə ünvan verildi

Bakıda 1235 küçəyə ünvan verildi
  27 Yanvar 2014    Oxunub:945
“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Fərmanın icrası ilə bağlı ötən il Bakı şəhəri üzrə nəqliyyat infrastrukturu obyektlərinin ünvanlarının müəyyənləşdirilməsi işlərinin icrası davam etdirilib.

AzVision.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, 2013-cü ildə Bakı şəhəri üzrə 1235-ə yaxın küçə və prospektə ünvan təyin edilib, 70-ə yaxın küçə və prospektin daxili ünvanları müəyyənləşdirilib.

Paytaxtın 405-dən çox küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları komitə ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində müəyyənləşdirilib və təsdiq edilib.

Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən küçə və prospektlərə vurulacaq ünvan lövhələrinin dizaynı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.


Teqlər:





Xəbər lenti