Səfər Əbiyev üçün özəl gün

Səfər Əbiyev üçün  özəl gün
  27 Yanvar 2014    Oxunub:7325
Bu gün sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin doğum günüdür.
AzVision.az xəbər verir ki, eks-nazir bu gün 64 yaşını qeyd edir. O, 1950-ci ilin 27 yanvarında Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan SSRİ Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

Sabiq nazir 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləyib.

1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub.

S.Əbiyev 22 oktyabr 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Eks nazir 1995 və 2003-cü illərdə "Azərbaycan Bayrağı" ordeni ilə 2010-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

AzVision.az


Teqlər:  



Xəbər lenti