Avropa Gənclər Forumunun nümayəndələri Gəncədə
Gəncə şəhər Gənclər İdman baş idarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək, görüşün əsas məqsədinin Avropa Gənclər Forumunun məşvərət şurasının nümayəndələri ilə burada olan milli şuralar arasında geniş əlaqələr yaratmaq olduğunu bildirib.
Geniş tanışlıq mərasimindən sonra fəal təşkilat nümayəndələri öz planları, təklifləri və layihələri ilə çıxış ediblər. Səslənən təkliflərin bir neçəsi nəzərə alınaraq, tədbirlər planına əlavə olunub.
Görüşdə bir neçə beynəlxalq təşkilatın Gəncədə nümayəndəliyinin açılması, birgə layihələrin həyata keçirilməsi, xaricdə yaşayan soydaşlarımızın da keçirilən beynəlxalq tədbirlərdə iştirak etməsi ilə bağlı müzakirələr olunub.
Qeyd edək ki, keçirilən görüşdə Gürcüstan, Ukrayna, Macarıstan, Finlandiya, Moldovadan gələn gənclər və təşkilat nümayəndələri olub. 30 nəfərdən çox fəalın iştirakı ilə baş tutan yığıncaq gələn qonaqlarda xoş təəssürat yaradıb.
Teqlər: