YAP-çı deputat həkimlərdən şikayətləndi

YAP-çı deputat həkimlərdən şikayətləndi
  27 Yanvar 2014    Oxunub:996
“Problem var, onun həlli nə hüquqi , nə də inzibati yolla mümkün deyil”.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə səhiyyədə olan problemlərdən danışıb.

AzVision.az xəbər verir ki, deputat son illərdə Azərbaycanda tibb işçilərinin övladları ixtisas seçimində Tibb Universitetinə üstünlük vermədiklərinin aydın göründüyünü qeyd edib. O, bildirib ki, onların yüksək ballarla Azərbaycanın və xarici ölkələrin ən prestijli ali məktəblərinin qeyri-tibb ixtisaslarına daxil olduğu hiss edilir:

“Mən bunu yaxın dostlarım olan həkimlərin, hətta tibbdə yüksək nüfuza malik olan professorların da övladlarının seçimində görürəm. Düzdür, tibb universitetimiz heç də qəbulda problem yaşamır, orada həmişəki kimi, müsabiqə həddən artıq yüksək olaraq qalır. Qeyri-həkim ailələrindən tibbə gələnlərin də gələcəkdə yaxşı həkim olacağı şübhə doğurmur. Ancaq nəsillikcə tibbə bağlı olan insanalrın daha tez və daha dərin şəkildə həkimliyin incəliklərini mənimsəməsi heç kəsə sirr deyil. Tibbin incəliklərini uşaq yaşlarından valideyn, hətta baba-nənələrinin təcrübəsində öyrənilməsi cəmiyyətə arzu olunan tibb işçilərinin yetişməsinə ideal şərait yaradır. İndiki situasiyada isə nəsil xətti kəsilir, bütün həyat boyu yığılmış təcrübə növbəti nəslə ötürülmür”.

A.Mirzəzadənin sözlərinə görə, şəxsi kitabxanalar yığılmış nadir kitablar, elmi yaradıclıq təcrübəsi istifadə edilməmiş qalır:

“Övladlarının tibbi seçməməsinin səbəbini həkim dostlarım əsasən həkimlərə qarşı cəmiyyətdə son dövrlərdə yaranmış neqativ münasibətlə izah edirlər. Müalicədə və doğuşda baş verən hər bir hadisə ani surətdə bütün cəmiyyətin diqqətinə çatdırlır. Sonra isə bu həkimlərin toplum ittiham edilməsinə, ümumən onların hamısı haqqında mənfi rəy yaradılmasına gətirib çıxarır. Bir sözlə həkim dostlarım onlara qarşı mənəvi hücümdan əziyyət çəkdiklərini və övladlarını bu çətinlikdən qorumaq üçün onları başqa ixtisaslara yönəltdiklərini bildirirlər. Problem var, spesifik olsa da cəmiyyətimizdə gedən bir prosesdir. Onun həlli nə hüquqi , nə də inzibati yolla mümkün deyildir. Ancaq bunun ətrafında düşünməyə, səbəblərinə diqqət yetirməyə dəyər”,-deyə millət vəkili əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti