Məhəbbət Kazımov vəfat etdi - ÖZƏL
Bildirilib ki, M.Kazımov bu gün səhər saatlarında dünyasını dəyişib. Yardım Stansiyasından verilən məlumata görə, təcili yardım həkimləri onun yaşadığı ünvana yetişsə də müğənninin həyatını xilas etmək mümkün olmayıb. M.Kazımov saat 11:03-də dünyasını dəyişib.
Müğəninin təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyi bilirilib.
Qeyd edək ki, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.
1976-cı ildən professional səhnədə çıxış edib. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
Məhəbbət Kazımov"Laçın" instirumental ansambılının rəhbəri olub. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.
Allah rəhmət etsin.
Şahanə Rəhimli