Daha bir zabitimiz şəhid oldu - FOTO
Nəticədə Silahlı Qüvvələrimizin zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Şəhid zabitimizin silahdaşları and içiblər ki, leytenant Səbuhi Əzizovun xatirəsini həmişə uca tutacaq, onun intiqamını alaraq qanını yerdə qoymayacaqlar!
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
AzVision.az