Olland Türkiyə tək gəldi

Olland Türkiyə tək gəldi
  27 Yanvar 2014    Oxunub:1184
Fransa prezidenti Fransua Oland Türkiyəyə rəsmi səfər edib. AzVision.az xəbər verir ki, iki gün davam edəcək səfərdə prezidentin ayrıldığı sevgilisi Valeri Triyerveyler iştirak etməyib. Fransua Olandla birgə Türkiyəyə 7 nazir və 40-a yaxın iş adamı gedib. Fransa prezidenti türkiyəli həmkarı Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşlərin əsas mövzusu Türkiyənin Avropa Birliyinə daxil olması məsələsi olacaq. Bundan başqa səfər zamanı Suriya problemi, iki ölkə arasıdnakı iqtisadi münasibətlər, enerji məsələləri və hərbi birlik müzakirə olunacaq. Bundan başqa Olland Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və mərhum jurnalist Qrant Dinkin həyat yoldaşı Rakel Dinklə görüşəcək. Müğənni Candan Erçetinə isə “Hər iki ölkənin mədəniyyətinə xidmətinə görə” dövlət nişanı veriləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti