AXCP-dən Eldar Namazovun istefasına reaksiya

AXCP-dən Eldar Namazovun istefasına reaksiya
  27 Yanvar 2014    Oxunub:880
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “EL” hərəkatının sədri Eldar Namazovun Milli Şuradan istefasına münasibət bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzVision.az-a açıqlamasında E.Namazovun istefasının şəxsi işləri ilə bağlı olduğunu bildirib və ona uğurlar arzulayıb.

“Eldar Namazov istefasını işlərinin çoxluğu ilə əlaqələndirib. Çünki o, “EL” hərəkatının təşkilat komitəsinin sədri seçilib. Hesab edirəm ki, onun istefası hansısa problem yaratmayacaq. Ona uğurlar arzulayırıq”.

F.Qəhrəmanlı həmçinin vurğulayıb ki, Milli Şura hazırda elə durumdadır ki, ayrı-ayrı istefalar, ayrı-ayrı şəxslərin qurumdan kənarlaşması Milli Şuranın fəaliyyətinə təsir göstərmir: “ Eldar bəyin rəhbərlik etdiyi “EL” hərəkatı Koordinasiya Şurasında geniş tərkiblə təmsil olunur. Yəni, “EL” hərəkatı bu prosesdə iştirak edir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti