Hindistanın milli bayramı şərəfinə

Hindistanın milli bayramı şərəfinə
  28 Yanvar 2014    Oxunub:1079
Bu gün Hindistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – Respublika günü münasibətilə rəsmi qəbul təşkil edib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.
Səfir Vinod Kumar ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı tarixən mövcud əlaqələrdən danışıb. O bildirib ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır və Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha da inkişaf edəcək.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Hindistan xalqını Prezident İlham Əliyevin adından təbrik edərək, dövlət başçısının salamlarını və ən xoş arzularını çatdırıb.

Nazir bildirdi ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər hər iki xalqın rifahı naminə sürətlə inkişaf edir. Mədəni, iqtisadi, texnoloji və digər sahələrdə fəaliyyətini uğurla davam etdirən Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyası hazırda ikitərəfli əlaqələrin inkişafına töhfəsini verməkdədir.

Nazir əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün Azərbaycanın bütün ölkələr ilə müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu baxımdan Hindistan ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Teqlər:





Xəbər lenti