Minskdə MDB-nin növbəti iclası keçiriləcək

Minskdə MDB-nin növbəti iclası keçiriləcək
  28 Yanvar 2014    Oxunub:1031
Belarus paytaxtında MDB Daimi Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək.
Fevralın 4-də Belarus paytaxtında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bu təşkilatın nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının iclası keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a MDB-nin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilib.

Fevralın 11-12-də isə Minskdə MDB iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziya siyasətinin formalaşmasının və həyata keçirilməsinin ümumi prinsipləri nəzərə alınmaqla insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması konsepsiyasının layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.


Teqlər:



Xəbər lenti