Özünü yandıran əlillə bağlı rəsmi açıqlama – VİDEO

Özünü yandıran əlillə bağlı rəsmi açıqlama – VİDEO
  28 Yanvar 2014    Oxunub:1089
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor əvəzi Natiq Məmmədovun verdiyi məlumata görə, Nizami Kərimov əvvələr iki dəfə ünvanlı sosial yardım alıb. Ötən il sentyabr ayına qədər ona vəsait ödənib. Bu gün də mərkəzə gələn Nizami Kərimov məsləhətçi ilə görüşüb. Ona lazımi məsləhətlər verilib və bildirilib ki, mülkiyyətində nəqliyyat vasitəsi olduğu üçün qanunvericiliyə əsasən ünvanlı sosial yardım ala bilməz.

Buna baxmayaraq ona imtina cavabı da verilməyib. Nizami Kərimov isə araşdırmanın başa çatmasına imkan vermədən özünü yandırıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Dəqiq məlumat araşdırmanın sonunda veriləcək.

Xatırladaq ki, bu gün ünvanlı sosial yardım ala bilməyən Yevlax sakini özünün yandıraraq intihara cəhd edib. Hadisə Yevlax rayon Əhalinin Sosial Müdafiəsi mərkəzində baş verib.Yevlax şəhər Mehdi Hüseyin küçəsində yaşayan 44 yaşlı Nizami Kərimov mərkəzin yerləşdiyi binaya daxil olduqdan sonra üzərinə benzin tökərək özünü yandırıb. O dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Nizami Kərimovun vəziyyətini həkimlər orta ağır olaraq qiymətləndirir.

3 övladı olan Nizami Kərimov anadangəlmə əlildir. Yaxınlarının sözlərinə görə gəliri, əlilliyə görə aldığı 57 manat pensiyadan ibarətdir.




Teqlər:  



Xəbər lenti