Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi
  13 Sentyabr 2020    Oxunub:5168
Müsavat partiyasının həbsdə olan funksioneri Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat paylaşıb.

N.Həzi atasının indilərdə "City Hospital"a gətirildiyini bildirib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Azvision.az


Teqlər: Xəstəxana   Həbs  





Xəbər lenti