Səməd Seyidov: `Gözlərinizi açın, onlara baxın`

Səməd Seyidov: `Gözlərinizi açın, onlara baxın`
  28 Yanvar 2014    Oxunub:1071
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasının plenar iclasında çıxış edib.

AzVision.az xəbər verir ki, o, keçmiş prezident Jean-Claude Mignon-un fəaliyyətinə toxunub, Dağlıq Qarabağ məsələsində gördüyü işləri yüksək dəyərləndirdiyini bildirib:

«Lakin mən bəzi dostların Azərbaycanı yenidən tənqid etməsindən narahatam. Bildirmək istəyirəm ki, Azərbaycandakı seçkilər artıq parlamentə müzakirə edilib və qəbul edilib. Azərbaycanda seçkilər çox demokratik olub. Biz iqtisadi baxımdan inkişaf edən stabil ölkəyik. Əlbəttə, sizin bəzi parlamentarilər ilə razılaşmamağınız da demokratiyadır. Biz sizin qərarlarınıza da hörmət edirik. Ancaq xahiş edirəm Azərbaycanı tənqid edərkən qəzetləri oxuyun, mənim ölkəmə baxın. Bu gün, sabah, hətta birisi gün davam edən konfliktə görə mənim ölkəmdə qadın, uşaq, insanlar ölür. Hətta biz bu şəraitdə də demokratiyanı inkişaf etdiririk. 1 milyon qaçqınımız olmasına rəğmən biz Avropa dəyərlərinə uyğun davranırıq. Zəhmət olmasa, gözlərinizi açın və digər Avropa ölkələrində nələr baş verir, onlara baxın».

Azadliq.org


Teqlər:  





Xəbər lenti