Xəzərin statusu yenidən müzakirə olunacaq

Xəzərin statusu yenidən müzakirə olunacaq
  28 Yanvar 2014    Oxunub:997
Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçiriləcək.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 28-30 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Həmçinin səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti